20.02.2017-ci il tarixdə Xocalı şəhər 3 saylı Musiqi məktəbinin təşəbbüsü ilə bədii kompozisiya nümayiş olunub. Qəmli musiqi sədaları altında baş tutan bədii kompozisiyada Xocalı soyqırımı zamanı erməni silahlı dəstələrinin günahsız insanlara qarşı etdiyi vəhşiliklər, faciə qurbanlarının fəryadı səhnələşdirilmişdir. Məktəbli şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər səsləndirdilər. Şanlı Azərbaycan bayrağının dalğalandırılması ilə yekunlaşan bədii kompozisiyada düşmən üzərində qisas almağımızın və zəfər gününün yaxın olduğunun mesajı verilib.
Tədbirdə çıxış edən uşaq Xocalı şəhər 3 saylı Musiqi məktəbinin direktoru Rüstəm Hümbətov və Xocalı rayon Mədəniyyət və Turizm idarəsinin müdiri Göyüş Həsənov Xocalı soyqırımını törədənlərin cəzalarının verilməsinin vacibliyini vurğuladılar. Bildirilib ki, sonradan Azərbaycan torpaqlarına yığışan ermənilər qədim tarixi torpaqlarımızı zəbt edərək "Böyük Ermənistan" yaratmaq xülyası ilə xalqımıza qarşı soyqırımlar törətmişlər. Xocalı faciəsi bütün xocalıların qəlbində sağalmaz yaraya çevrilmişdir. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.